Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada azərbaycanlı deputat bu fikrinə görə istefaya göndərildi
 
						Rusiyada azərbaycanlı deputat bu fikrinə görə istefaya göndərildi
Əlavə olunub: 07.17.2025 | 11:57 | Baxılıb: 3586
Rusiyada azərbaycanlı deputat Xalid Tağızadə istefaya göndərilib.

“love.az” xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.

Qeyd edilib ki, Rusiyada Xantı-Mansi Muxtar Dairəsinin Duması onun Yuqranın miqrantların vətəni olması ilə bağlı qalmaqallı fikrinə görə istefasını qəbul edib. Artıq onun istefası ilə bağlı səsvermənin başa çatdığı bildirilir: “Deputatlar dünən və bu gün səs verdilər. İstefa qəbul olundu, qətnamənin təsdiqlənməsi və dərc edilməsi gözlənilir”.

Mənbənin yazdığına görə, prokurorluq X. Tağızadənin ifadəsində heç bir qanun pozuntusu aşkar etməyib. Həmçinin ekspertlər onun Yuqranın miqrantlar üçün mümkün vətəni kimi ifadəsində heç bir ekstremizm əlaməti olmadığını vurğulayıblar: “Səbəblərdən biri onun parlament intizamına zidd olaraq ədalətsiz cəzalandırılması ilə bağlı açıq bəyanatları ola bilərdi”.

Daha əvvəl isə Xalid Tağızadənin Dumada Sosial inkişaf komitəsinin sədr müavini vəzifəsindən və maaşından məhrum edildikdən sonra istefa ərizəsi yazdığı deyilirdi.

Deputat özü hələ ki istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.