Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada federasiya prezidenti toyda öldürüldü
 
						Rusiyada federasiya prezidenti toyda öldürüldü
Əlavə olunub: 08.10.2025 | 13:25 | Baxılıb: 5275
Rusiyanın Altay Respublikası MMA Federasiyasının prezidenti Aleksey Kalbukov toyda öldürülüb. 

“love.az” xəbər verir ki, Kalbukov ziyafət zamanı bıçaqlanaraq dünyasını dəyişib.

Faciə rayonun Tyunqur kəndində şəxsi evdə keçirilən toyda baş verib. Kalbukovla 74 yaşlı qonaq arasında münaqişə yaranıb. Yaşlı kişi stoldan qalxaraq idmançıya yaxınlaşıb və onun ürəyinə bıçaq zərbəsi endirib.

Kalbukov aldığı xəsarətdən yerindəcə keçinib. Hücum edən şəxs saxlanılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.