Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.10.2025 | 12:29 | Baxılıb: 3376
Rusiyada həbs olunan Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev azad edilib.

“love.az” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Kommersant” yayıb.

O, avqustun 29-da Moskvada iki ay müddətinə həbs olunmuşdu. M.Ağayev 20 milyon rubl həcmində vəsaitin mənimsənilməsində ittiham edilirdi.

M.Ağayev 1985-ci ildən 2021-ci ilə qədər Moskva Akademik Satira Teatrında işləyib. 

Onu da xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıxın azadlığa buraxıldığını açıqlayıb. “Kommersant” isə qeyd edib ki, Rusiya da öz növbəsində ölkə ərazisində saxlanılan Azərbaycan vətəndaşını sərbəst buraxıb. Bununla belə, həmin şəxsin kimliyi açıqlanmayıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.