“love.az” xəbər verir ki, bu barədə Rusiyanın “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, xüsusi təyinatlılar və müstəntiqlər bu gün səhər saatlarında şirkətin Lujnikidəki ofisinə basqın ediblər. Sənədləri müsadirə ediblər, həmçinin əməkdaşların işdən çıxmasına imkan verməyiblər.
Axtarışlarla bağlı digər detallar məlum deyil.
Qeyd edək ki, “Railgo” şirkəti neft məhsullarının daşınması ilə məşğul olur.
***
İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilov videomüraciət yayaraq basqın xəbərini təkzib edib.