Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyanın Avstriyadakı mülkləri satılaraq Ukrayna şirkətinə ödəniləcək
 
						Rusiyanın Avstriyadakı mülkləri satılaraq Ukrayna şirkətinə ödəniləcək
Əlavə olunub: 08.05.2025 | 01:17 | Baxılıb: 949
Rusiyanın Avstriyadakı aktivləri hərracda satılaraq Ukraynanın “Naftogaz” şirkətinə kompensasiya olaraq ödəniləcək. 

“love.az” xəbər verir ki,  Avstriya məhkəməsi Ukraynanın “Naftogaz” şirkətinin iddiasını təmin edib. 

Belə ki, Vyana Dairə Məhkəməsi  Krımda itirilmiş aktivlərə görə kompensasiya kimi Avstriyada yerləşən aktivlərin Rusiyadan geri alınması üçün 120 milyon avro məbləğində iddianı təmin edib.

Bu barədə şirkət özü mətbuata açıqlama yayıb. Bu, qərarla Rusiyanın Avstriyadakı 20-dən çox mülkü müsadirə olunacaq. 

“Naftoqaz” Avstriya məhkəməsindən  Rusiyaya qarşı dəyəri 5 milyard dollardan çox olan arbitraj qərarının icrası üçün icazə alıb. 

Niderlandın Ali Məhkəməsi Rusiyanın kassasiya şikayətini rədd edərək Haaqa məhkəməsinin bu qərarını qüvvədə saxlayıb.

“Naftoqaz”ın açıqlamasında bildirilir ki, Rusiyanın Avstriyadakı aktivləri hərracda satılacaq. Alınan vəsait şirkətin itkilərini kompensasiya etmək üçün istifadə olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.