Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyanın ən böyük zavodlarından birində dəhşətli partlayış
 
						Rusiyanın ən böyük zavodlarından birində dəhşətli partlayış
Əlavə olunub: 08.09.2025 | 15:27 | Baxılıb: 2984
Rusiyanın Sterlitamak şəhərində ən böyük soda istehsalı zavodunda qəza baş verib.

“love.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi məlumat yayıb. 

Bildirilib ki, baş verən partlayış nəticəsində 36 nəfər xəsarət alıb, 25 nəfər xəstəxanaya yerləşdirilib.

Yanğının fəsadların aradan qaldırılmasına 42 nəfər canlı qüvvə və 15 texnika cəlb olunub. Hadisə yerində 19 təcili yardım briqadası işləyir. 

Hazırda ölənlər barədə məlumat yoxdur.

Məlumata görə, qəza planlaşdırılan əsaslı təmirə hazırlıq zamanı baş verib. 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.