Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyanın miqrantlarla bağlı qərarı öz başında çatlayacaq
 
						Rusiyanın miqrantlarla bağlı qərarı öz başında çatlayacaq
Əlavə olunub: 08.12.2025 | 01:21 | Baxılıb: 6959
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun əcnəbilərin kuryer kimi işə götürülməsini məhdudlaşdıran fərmanı çatdırılma qiymətlərini artıracaq.

“love.az” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın Poçt-kuryer şirkətləri Assosiasiyasının prezidenti Aleksandr Mityukov bildirib. 

O, deyib k, kuryer işinə əcnəbilərin cəlb edilməsini məhdudlaşdırmaq qərarından sonra çatdırılma bazarında  noyabr ayına qədər işçi çatışmazlığı yaranacaq. 

Assossasiya rəhbəri qeyd edib ki, Sankt-Peterburq qubernatoru Beqlova bu barədə əvvəlcədən müraciət olunsa da, o bazarın və sahibkarların tələbini nəzərə alınmayıb. 

Onun sözlərinə görə, çatdırılma qiymətləri iki dəfə, kuryerlərin əmək haqqı isə 20% arta bilər: “Çatdırılma xidmətində çalışan işçilərinin sayının azalması kiçik və orta biznesə ən mənfi təsir göstərəcək”. 

Mityukov vurğulayıb ki, hazırda Sankt-Peterburqda 60 mindən çox kuryer işləyir ki, onların da təxminən 20%-i təcrübəli çatdırılma işçiləridir. 
O, bildirib ki, miqrantları çatdırılmada əvəz etmək çətin olacaq. Ən azı üç ay keçid dövrü lazımdır ki, bu sektorda çatdırılma xidmətinə  işi bilən işçilər cəlb olunsun. 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.