Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.18.2025 | 11:29 | Baxılıb: 3087
Ukraynanın sabiq müdafiə naziri Rüstəm Umerov Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib.

“love.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Əmr imzalayıb.

Zelenski başqa bir Əmrlə bu vəzifədən Aleksandr Litvinenkonu azad edib.

Qeyd edək ki, daha öncə KİV-də R.Umerovun Ukraynanın ABŞ-də səfiri olacağı barədə məlumat yayılsa da, bu, ötən gün təsdiqini tapmayıb. Belə ki, ölkə Prezidenti Volodimir Zelenski həmin posta əvvəllər baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini - ədliyyə naziri vəzifəsini tutmuş Olqa Stefanişinanın namizədliyini irəli sürüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.