Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Saatlıda ölən yeniyetmə də futbolçu imiş - Foto
 
						Saatlıda ölən yeniyetmə də futbolçu imiş 
							 - Foto
Əlavə olunub: 07.19.2025 | 10:09 | Baxılıb: 1362
Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Araz çayının Saatlı rayonundan keçən hissəsində Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu boğularaq vəfat edib.

“love.az” xəbər verir ki, 13 yaşlı Kənan “Araz Saatlı” futbol klubunun üzvü imiş. O, klubun U-14 komandasında qapıçı mövqeyində çıxış edirmiş.

Xatırladaq ki, iyulun 17-də Bakıda da yeniyetmə futbolçu dənizdə çimərkən boğularaq ölüb. “Zirə” futbol klubunun akademiyasının U-16 komandasının üzvü Fərid Şahverdiyev Şüvəlan çimərliyində bədbəxt hadisə nəticəsində həyatını itirib.  

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.