“love.az” xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Sabah” da bu turnirdə növbəti oyununa çıxacaq.
Paytaxt təmsilçisi səfərdə Sloveniyanın “Selye” komandası ilə üz-üzə gələcək. Masazırda keçirilmiş ilk oyunda 2:3 hesabıyla uduzmuş Valdas Dambrauskasın komandası revanş almağa və mərhələ keçməyə çalışacaq.
Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Draqomir Draqanov olacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
17 iyul
22:00. “Selye” – “Sabah”
Hakimlər: Draqomir Draqanov, Hristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan).
“Selye Arena”.
***
Matç başladı.
***
9-cu dəqiqədə Coy-Lens Mikelsin vurduğu qolla “Sabah” hesabı açır - 0:1.
***
Kovaçeviç 19-cu dəqiqədə hesabı bərabərləşdirir - 1:1.
***
Vuklişeviç 49-cu dəqiqədə meydan sahiblərini hesabda önə çıxarır - 2:1.
***
Coy-Lens Mikels 63-cü dəqiqədə dubl edir - 2:2.
***
Mikels 67-ci dəqiqədə het-trikini rəsmiləşdirir - 2:3
***
Oyunun əsas vaxtı Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatdı. İki oyunun nəticəsinə görə ümumi hesab bərabər olduğundan, qalibi müəyyənləşdirmək üçün əlavə hissələr oynanılır.
***
108-ci dəqiqədə “Selye” Nikitanın vurduğu qolla ümumi hesabda yenidən önə çıxır.
***
İki oyunun ümumi nəticəsinə görə 6:5 hesabı ilə qalib gələn Sloveniya təmsilçisi adını növbəti mərhələyə yazdırır. “Sabah” isə Avroliqada mübarizəni dayandırır.