Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabah bu rayonun bir hissəsində qaz olmayacaq
 
						Sabah bu rayonun bir hissəsində qaz olmayacaq
Əlavə olunub: 03.28.2024 | 18:03 | Baxılıb: 3912
Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 29.03.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“love.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.