Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.31.2025 | 21:58 | Baxılıb: 2511
Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

“love.az” xəbər verir ki, turun son oyunu “Sabah”la “İmişli” arasında keçirilib.

Paytaxt təmsilçisi debütantı öz meydanında qəbul edib. Qarşılaşma debütantın gözlənilməz qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, daha öncə keçirilmiş “Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşməyib – 1:1. “Neftçi” “Turan Tovuz”a 0:1 hesabıyla uduzubsa, “Zirə” “Kəpəz”i 5:0, “Araz-Naxçıvan” “Qəbələ”ni 2:1, “Qarabağ” “Karvan-Yevlax”ı 2:0 hesabıyla üstələyib.

Azərbaycan Premyer Liqası
3-cü tur
31 avqust

“Sabah” – “İmişli” 0:1
Qol: Abbas Ağazadə, 68.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli.
“Masazır Arena”, 19:30.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.