Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Sabah”la “Araz-Naxçıvan” Konfrans Liqasında mübarizəyə başlayır
 
						“Sabah”la “Araz-Naxçıvan” Konfrans Liqasında mübarizəyə başlayır
Əlavə olunub: 07.24.2025 | 09:21 | Baxılıb: 949
Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.

“love.az” xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Sabah”la “Araz-Naxçıvan” da ilk matçlarına çıxacaqlar.

Əvvəlcə “Araz-Naxçıvan” “Dalğa Arena”da Yunanıstan təmsilçisi “Aris”i qəbul edəcək. Oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

“Sabah” isə Moldovada “Petrokub”un qonağı olacaq. Bu görüşdə israilli hakimlər söz sahibi olacaqlar.

Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Avropa Konfrans Liqası 2-ci təsnifat mərhələsi, ilk oyunlar 24 iyul

20:00. Araz-Naxçıvan” – “Aris”

Baş hakim: Andrey Çivulete (Rumıniya). Bakı. “Dalğa Arena”.

21:00. “Petrokub” – “Sabah”

Hakimlər: Qal Leiboviç (İsrail). Kişinyov. “Zimbru” stadionu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.