“love.az” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, meydana çıxdığı 4 görüşdə 19 dəfə komandamızı qoldan xilas edib.
Şahruddin bu göstərici ilə 82 qapıçı arasında 11-12-ci yerləri bölüşdürür.
İlk pilləni 34 seyvlə San-Marinonun qapıçısı Edoardo Kolombo turur. İkinci yerdə Lixtenşteyndən Benyamin Bühel (30 seyv), üçüncü yerdə Andorradan İker Alvares (26 seyv) qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026–nın 4 seçmə maçında 11 qol buraxıb və 2 qol vurub.