Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şahruddin “Qalatasaray”a qarşı oynadı, komandası uduzdu
 
						Şahruddin “Qalatasaray”a qarşı oynadı, komandası uduzdu
Əlavə olunub: 04.26.2024 | 23:59 | Baxılıb: 1343
Türkiyə Super Liqasında 34-cü tura start verilib.

“love.az” xəbər verir ki, turun açılış matçında Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” doğma meydanda lider “Qalatasaray”la qarşılaşıb.

Şahruddinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3. Məhəmmədəliyev oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Adana Dəmirspor” bu nəticədən sonra 41 xalla 20 iştirakçı arasında 11-ci, “Qalatasaray” 93 xalla zirvədə qərarlaşıb.

Türkiyə Super Liqası
34-cü tur
26 aprel

Adana Dəmirspor – Qalatasaray 0:3
Qollar: H.Ziyeş, 53. K.Demirbay, 64. M.İkardi, 90+1.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.