“love.az” xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov media nümayəndələrini Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyi münasibətilə təbrik edərək bu gün ölkəmizdə peşəkar mətbuata, söz və ifadə azadlığına göstərilən dövlət dəstəyindən geniş söhbət açıb.
Görüşdə regionda, o cümlədən, dünyada ədalətin bərpa olunması istiqamətində dövlətimiz tərəfindən atılan addımlar, həmçinin son günlər Şuşada keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Qlobal Media Formunun əhəmiyyətindən geniş bəhs edilərək Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə dünya mediasına verilən önəmli mesajlar və cəmiyyətin sağlam inkişafında düzgün informasiyanın vacibliyi müzakirə olunub.
Çıxış edən media nümayəndələri onlara göstərilən dövlət qayğısına və respublikanın hər yerində dəqiq, qərəzsiz və operativ informasiyanın əldə olunmasında və cəmiyyətə çatdırılmasında yaradılan işgüzar mühitə görə razılıqlarını ifadə ediblər.
Tədbirdə Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyi ilə əlaqədar mətbuat nümayəndələrinə media sahəsindəki fəaliyyətinə görə Təşəkkürnamə və hədiyyələr təqdim olunub.