
“love.az” xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi v.m.i.e. Şəhriyar Soltan, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Yeganə Əsgərova, Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbər işçiləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak edib.
Öncə dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin əl işləri nümayiş olunub.
Tədbirdə çıxış edənlər Ü.Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş danışıb.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.



