Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sədərəkdə sursat partladı - 2 nəfər həlak oldu
 
						Sədərəkdə sursat partladı 
							 - 2 nəfər həlak oldu
Əlavə olunub: 04.28.2024 | 17:11 | Baxılıb: 4862
Bu gün Naxçıvanın Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursat partlayıb.

“love.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nəticədə 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olublar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub.

Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.