Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Səhv etməkdən qorxurduq” - “Şelburn”un baş məşqçisi
 
						“Səhv etməkdən qorxurduq” 
							 - “Şelburn”un baş məşqçisi
Əlavə olunub: 07.24.2025 | 11:27 | Baxılıb: 1592
İrlandiyanın “Şelburn” klubunun baş məşqçisi Coy O'Brayen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a Dublində uduzduqları məğlubiyyəti (0:3) şərh edib.

“love.az” “The Irish Sun”a istinadən xəbər verir ki, 39 yaşlı məşqçi Ağdam klubuna məğlubiyyətin səbəblərindən danışarkən, ilk hissədə səhv etməkdən qorxduqlarını deyib:

“Hadisələrin yekununa görə məyus oldum. Hansısa məqamda hər şey nəzarətimizdən çıxdı. Düşünürəm ki, ikinci hissədə daha yaxşı idik, amma hesabı bərabərləşdirə bilmədik. “Qarabağ”ın hansı sürətlə oynayacağını bilirdik. Çünki “Qarabağ” bu səviyyədə oynamağa öyrəşib. Onların sürəti, ötürmələri - hər şey ən yüksək səviyyədədir. Bununla belə, ilk hissədə çox hörmətlə yanaşdıq. Mənə elə gəldi ki, səhv etməkdən qorxurduq. Fasilədə sxemi dəyişdik, öndə daha fəal oynamağa başladıq, bir neçə şans yaratdıq. Düşünürdüm ki, geridönüş etmək üçün yaxşı vəziyyətdəyik, lakin buna nail olmadıq. Bunun əvəzinə arxada boşluq buraxdıq ki, bu səviyyədə edə bilməzsiniz”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.