Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.02.2025 | 12:26 | Baxılıb: 1711
Yevlax şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“love.az” xəbər verir ki, şəkər çuğunduru daşıyan “KamAZ” markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq şəhərin mərkəzindəki dairəyə çırpılıb.

Nəticədə yük maşını yarasız hala düşüb, yük yerindəki çuğundurlar ətrafa dağılıb.

Hadisə yerinə aidiyyəti qurumların qüvvələri cəlb edilib və çuğundurlar magistral yoldan kənarlaşdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.