Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.07.2025 | 18:10 | Baxılıb: 1862
Şəmkir rayon ərazisində təcili tibbi yardım briqadası qəzaya uğrayıb.

“love.az” xəbər verir ki, təcili yardım “Mercedes” markalı maşınla toqquşub.

İlkin məlumata görə, hadisədə təcili yardım avtomobilində olan həkim və daha bir neçə nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza nəticəsində tibb bacısı T.Ağayeva, təcili yardım avtomobilinin sürücüsü B.Əliyev və minik maşınının sürücüsü İ.Əliyev müxtəlif xəsarətlərlə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 07.09.2025-ci il tarixində saat 01:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alanların birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.