Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.18.2025 | 19:52 | Baxılıb: 1355
ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpin sentyabrın əvvəlində Çində görüş keçirə bilərlər.

“love.az” xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadən yazıb.

“Vaşinqton və Çin arasında bir sıra ticarət sövdələşmələri prezident Trampın Pekinə qarşı düşmənçiliyini dəyişib və onun sentyabrda keçiriləcək sammitdə Si Cinpin və Putinlə görüşə dəvət ediləcəyi ilə bağlı fərziyyələri artırıb”, - nəşr yazır.

Qeyd olunur ki, sözügedən sammit sentyabrın 3-də Tiananmen meydanında paradla qeyd olunacaq İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə təsadüf edə bilər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.