Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Səudiyyə Ərəbistanında attraksion ikiyə bölündü, 23 yaralı - Video
 
						Səudiyyə Ərəbistanında attraksion ikiyə bölündü, 23 yaralı 
							 - Video
Əlavə olunub: 07.31.2025 | 14:31 | Baxılıb: 3073
Səudiyyə Ərəbistanının Taif şəhərində “Yaşıl dağ” əyləncə parkında işlək vəziyyətdə olan “360”attraksionu qoparaq yerə düşüb.

“love.az” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Nəticədə attraksionda olan 23 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır.

Görüntülərdən də aydın olur ki, attraksion qəfildən iki yerə bölünüb. Nəticədə içərisində olan şəxslərlə birgə zərblə yerə çırpılıb.

Yerli mətbuatın yazdığına görə, hadisə attraksionda olan texniki nasazlıq səbəbindən baş verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.