Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.13.2025 | 15:52 | Baxılıb: 1019
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov növbəti dəfə qazilərlə görüş keçirib.

“love.az” xəbər verir ki, növbəti görüşü giriş sözü ilə açan Seymur Orucov vurğulayıb ki, ölkə rəhbərliyi Vətən müharibəsi iştirakçılarının sosial rifahını yüksəltmək işinə xüsusi önəm verir. Məhz buna görə yerli icra hakimiyyəti orqanları bu sahədə bütün imkanlarını səfərbər ediblər.

Daha sonra söz alan qazilər müharibədən sonra dinc həyata adaptasiya olunmaqda üzləşdikləri çətinliklərdən söz açıblar.

Qaldırılan bir sıra problemlərin həlli mərkəzi icra hakimiyyət orqanlarının səlahiyyətləri çərçivəsində olduğundan bu qurumlara müvafiq müraciətlərin ediləcəyi bildirilib. Digər məsələlərlə əlaqədar isə Ağstafa Rayon İcra Hakimiyyəti aparatında fəaliyyət göstərən “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nə bir sıra tapşırıqlar verilib.








Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.