Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.06.2025 | 23:35 | Baxılıb: 1189
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkədə baş vermiş dövlət çevrilişi cəhdləri ekstremist qrupların agentləri tərəfindən həyata keçirilib.

“love.az” “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə o “Rustavi 2” televiziyasına müsahibəsində danışıb.

Baş nazir söyləyib ki, onların sayı təxminən 500 nəfər olub. Həmçinin Kobaxidze qeyd edib ki, əvvəllər inqilab və çevriliş vasitələri, əsasən, siyasi partiyalar idisə, son illərdə artıq bu rol mediasiya və qeyri-hökumət təşkilatlarına keçib. O, bildirib ki, hazırda isə bu prosesə xarici xüsusi xidmətlərin dəstəyi ilə ekstremist qruplar cəlb olunub.

“Gürcüstanda son dörd ildə artıq beşinci çevriliş cəhdi baş verib və planlaşdırılan çevrilişlər qarşısı alınıb. Hökumət növbəti cəhdləri gözləməyərək qabaqlayıcı tədbirlər görməyə hazırdır”, – deyə, İ. Kobaxidze vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.