“love.az” xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Xəbərdə iddia edilir ki, bolqerə məxsus “Lamborghini” markalı avtomobil yenidən saxta şəxs adına qeydiyyatdan keçib daha sonra çıxarılıb.
O da bildirilir ki, bloqer və tanışları həmin avtomobili satmağa çalışıblar.
Onun qardaşının BMW markalı avtomobilinə isə həbs qoyulub.
Bundan əlavə, bloqerə aid “Soul Burger - fast food” kafesində də axtarışlar aparılır.
Məlumatda deyilir ki, “Subo” fevral ayından bəri Rusiya vətəndaşlığından məhrum edilib. Rusiyaya girişinə qadağa qoyulub.