Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sumqayıtda baş verən qətlin - Təfərrüatı
 
						Sumqayıtda baş verən qətlin 
							 - Təfərrüatı
Əlavə olunub: 07.23.2025 | 04:18 | Baxılıb: 6145
Xəbər verdiyimiz kimi, Sumqayıt sakini 1981-ci il təvəllüdlü Aslan Bədirov döyülərək aldığı xəsarətlərdən ölüb. Hadisə ilə bağlı A. Bədirovun yeniyetmə oğulları saxlanılıb.

“love.az"in məlumatına görə, baş vermiş qətl hadisəsinin təfərrüatı məlub olub.

Qonşularının sözlərinə görə, onlar dindar ailə olublar. Aslan Bədirovun 3 qızı 2 oğlu var.

Bildirilib ki, oğlanlarından biri isə təzəlikcə İdman Akademiyasına qəbul olub.

“Evə gələndə içkili vəziyyətdə idi, getmək istəyəndə uşaqlar deyib ki, ata, bu halda getmə, küçədə kiminləsə dalaşarsan. Övladları onun arxasınca gediblər ki, gətirsinlər. Görüblər ki, mağazanın yanında pivə içir. Ata uşaqları qovub, onlar da evə qayıdıblar. Səhər isə polis gəlib ki, atalarını döyüblər”, - deyə mərhumun qayınanası Arifə Muradova deyib.

Ətraflı Baku TV-nin süjetində:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.