Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.08.2025 | 04:06 | Baxılıb: 1633
“Suriya vəziyyəti sabitləşdirmək üçün İsraillə vasitəçilərin köməyi ilə dialoq aparır”.

“love.az” “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa deyib.

“Vəziyyəti sakitləşdirmək və onun nəzarətdən çıxmasının qarşısını almaq üçün vasitəçilərin köməyi ilə İsraillə dolayı danışıqlar aparılır”, - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsrail və Suriya arasında gizli danışıqlar aparması ilə bağlı məlumatlar yayılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.