“love.az” xəbər verir ki, təmsilçilərimizdən Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Etac Qafarov (87 kq) gümüş, Qaşım Maqomedov (63 kq), Riad Şirəliyev (68 kq) və Səmərrux Osmanova (49 kq) isə bürünc medallara sahib çıxıblar.
Komandamızın üzvü Bəhruz Quluzadə yarışın ən yaxşı idmançısı seçilib.
Milli komandamız yarışda ümumi komanda hesabında birinci yerə layiq görülüb. Turnirin yekununda kubok Dünya Taekvondo Federasiyasının prezidenti Dr. Çunqvon Çu tərəfindən Azərbaycan milli komandasına təqdim edilib.