Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tanınmış hakim hava limanında ətir oğurlayırmış
 
						Tanınmış hakim hava limanında ətir oğurlayırmış
Əlavə olunub: 04.27.2024 | 16:16 | Baxılıb: 4098
Tanınmış basketbol hakimi Matey Boltauzer idarə etdiyi “Partizan”– “Monako” matçından sonra Belqrad hava limanında ətir oğurlayarkən saxlanılıb.

“love.az” xarici KİV-ə istinadən xəbər verir ki, ötən ilin dekabrın 5-də baş verən bu hadisədən sonra sloveniyalı referi nəzarətə götürülüb. 

M.Boltauzerin hava limanının mağazasından 221 avro dəyərində ətir oğurladığı müəyyən edilib.

Təhlükəsizlik əməkdaşları tərəfindən cinayət başında yaxalanan hakim hadisə yerində əməlini etiraf edib. Nəticədə o, 30 min dinar cərimə ödəyib və sərbəst buraxılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.