Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tarixin ən güclü futbolçusu seçildi - Nə Pele, nə də Maradona
 
						Tarixin ən güclü futbolçusu seçildi 
							 - Nə Pele, nə də Maradona
Əlavə olunub: 07.19.2025 | 14:16 | Baxılıb: 23420
İngiltərənin nüfuzlu “Sky Sports” nəşri futbol tarixinin ən güclü oyunçusunu müəyyən etmək üçün sorğu keçirib. 

“love.az” xəbər verir ki, ümumilikdə yarım milyona yaxın respondent səsvermədə iştirak edib.

Birinci yeri bütün səslərin 36 faizini toplayan Portuqaliya millisinin hücumçusu və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasında çıxış edən Kriştiano Ronaldo tutub. 

İkinci yerdə cüzi fərqlə “İnter Mayami”dən olan məşhur argentinalı Lionel Messi (35%) qərarlaşıb. 

Üçüncü yeri Messinin əfsanəvi həmyerlisi Dieqo Maradona tutub. Üçqat dünya çempionu braziliyalı Pele isə 4-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, Maradona 2020-ci ildə, Pele isə 2022-ci ildə dünyasını dəyişib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.