“love.az” xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Baş prokurorluğu yayıb.
Bildirilib ki, ictimai xadim Paata Burçuladze, “Vahid Milli Hərəkat” partiyasının üzvü İrakli Nadiradze, keçmiş prokuror Murtaz Zodelava, “Aqmaşenebeli strategiyası”nın üzvü Paata Mancqaladze və polkovnik Laşa Beridze hakimiyyətin devrilməsinə çağırışlarda və konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə cəhddə ittiham olunurlar.
Bildirilib ki, onların ittiham olunduğu maddə üzrə 9 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Qeyd edək ki, həmin şəxslər oktyabrın 4-dən 5-nə keçən gecə paytaxt Tbilisidə təşkil edilən etiraz aksiyası çərçivəsində saxlanılıblar. Etirazçılar həmin mitinq zamanı Prezident Sarayına daxil olmağa cəhd ediblər. İnsident zamanı 14 polis xəsarət alıb.