“love.az” xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti “X” sosial şəbəkəsində məlumat verib.
“Trampın çərşənbə günü Uitkoffun Putinlə görüşündən sonra Zelenski ilə danışacağı gözlənilir”, - məlumatda deyilir.
Qeyd edək ki, bu gün Uitkoff Kremldə Rusiya prezidenti ilə görüşüb. Putin Donald Trampın xüsusi nümayəndəsi ilə təxminən üç saat danışıb.
***
ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu haqda “Reuters” məlumat yayıb.