Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.03.2025 | 14:44 | Baxılıb: 2268
İnstaqram sosial şəbəkəsinin rəhbəri Adam Mosseri “Meta” şirkətinin reklam məqsədilə istifadəçilərin smartfonlarını dinləməsi barədə uzun müddətdir yayılan məlumatlara münasibət bildirib. 

“love.az” xəbər verir ki, A.Mosseri bu barədə instaqram hesabında videomüraciət yayımlayıb. 

O, müraciətində şirkətin istifadəçilərin instaqramdan istifadəsi zamanı mikrofonu avtomatik işə salaraq onların danışdıqlarını dinləməsini təkzib edib: “Telefonlarınızı dinləmirik. Bunu etsəydik, o zaman ekranın yuxarı hissəsində mikrofonun hazırda açıq olduğunun işarəsini görərdiniz. Eyni zamanda, bu sizin cihazınızın enerjisinə də təsir edərdi”.

Mosseri bildirib ki, instaqramda istifadəçilərin qarşısına daha əvvəl barəsində danışdıqları məhsulların reklamlarının çıxması reklamçıların şirkətə verdiyi məlumatlar, eləcə də istifadəçilərin davranışını təhlil edən alqoritm sayəsində baş verir. 

Qeyd edək ki, şirkətin gizli şəkildə istifadəçilərin danışığını dinləməsi barədə iddialar uzun müddətdir səsləndirilir. “Meta” isə dəfələrlə bu məlumatları təkzib edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.