Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.06.2025 | 09:44 | Baxılıb: 1397
Tərtərdə ağır yol qəzası baş verib.

“love.az” xəbər verir ki, hadisə Hindarx-Borsunlu avtomobil yolunun İlxıçılar kəndidən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Tərtər rayon sakini Qamət Məmməd oğlu İsbəndiyarov “Qazel” markalı yük avtomobillə hərəkətdə olarkən 2001-ci il təvəllüdlü Goranboy rayon Qızılhacılı kənd sakini Eltun Müşviq oğlu Həsənovun idarə etdiyi “KİA” markalı avtomobilə çırpılıb.

Nəticədə “KİA”nın sürücüsü E.Həsənov hadisə yerində həyatını itirib. Yük avtomobilinin sürücüsü Q.İsbəndiyarov ağır xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.