Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.24.2025 | 14:39 | Baxılıb: 906
Göyçayda toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb.

“love.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, C.Qafarov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Məhkəmənin qərarı ilə C.Qafarov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla barəsində intizam tədbiri görülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.