“love.az” xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Bildirilib ki, ABŞ prezidenti turnirin final mərhələsini izləmək üçün sentyabrın 7-si Nyu-Yorka səfər edəcək.
Qeyd edək ki, Tramp adıçəkilən turnirdə əvvəllər mütəmadi olaraq iştirak edib.
O, sonuncu dəfə 2015-ci ildə Serena Uilyams və Venus Uilyams arasında keçirilən 1/4 final matçına qatılıb.