Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp Hindistana qarşı əlavə rüsumu təsdiqlədi
 
						Tramp Hindistana qarşı əlavə rüsumu təsdiqlədi
Əlavə olunub: 08.06.2025 | 18:27 | Baxılıb: 1156
ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal edilən mallara əlavə 25% rüsum tətbiq edən Fərman imzalayıb.

“love.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Ağ Ev məlumat yayıb.

Məlumatda bildirilir ki, buna səbəb Moskvaya sanksiya təzyiqlərinə baxmayaraq, Hindistanın Rusiya neftini almağa davam etməsidir.

Qərar “enerji təhlükəsizliyi prinsiplərinə əməl olunmasının təmin edilməsi” və “sanksiyalardan yayınmağa qarşı” ehtiyacla izah edilir. 

Sənədə əsasən, ABŞ-nin Rusiyadan neft idxalına görə Hindistana tətbiq etdiyi tariflər, Fərman imzalandıqdan 21 gün sonra gələn mallara şamil ediləcək.

Sənəddə vurğulanır ki, Hindistan Rusiyadan neftin əsas alıcısı olmaqda qalmaqla, Rusiyanın hərbi işğalçılıq siyasətini həyata keçirməsini maliyyələşdirməyə töhfə verir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.