“love.az” xəbər verir ki, bu barədə Almaniya hökuməti “Bloomberg”ə istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri avqustun 13-də Putinlə Alyaskada görüşdən iki gün əvvəl Ağ Ev rəhbəri Donald Trampla telefon danışığı aparacaqlar.
Söhbətə ABŞ-nin Vitse-prezidenti J.D.Vens də qatılacaq.
Almaniya kanslerinin sözçüsü Fridrix Merz Tramp, Zelenski və Avropa liderləri arasında söhbətin çərşənbə günü saat 15:00-a planlaşdırıldığını açıqlayıb.