Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Trampdan Zelenskiyə məsləhət
 
						Trampdan Zelenskiyə məsləhət
Əlavə olunub: 08.16.2025 | 09:20 | Baxılıb: 4886
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə ölkədəki münaqişənin dinc yolla həlli üzrə Rusiya ilə razılığa gəlməyi məsləhət görür.

“love.az” xəbər verir ki, Tramp bu barədə Alyaskadan Vaşinqtona qayıtmazdan əvvəl “Fox News” telekanalına müsahibəsində deyib. 

Jurnalistin Zelenskiyə nəyi məsləhət gördüyü ilə bağlı sualına cavab verən ABŞ lideri bildirib: “Saziş bağlamaq. Rusiya böyük gücdür, onlar isə (Ukrayna - red.) belə deyillər”.

Xatırladaq ki, dünən Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş keçirilib. Görüş zamanı əsas olaraq Ukraynadakı münaqişə müzakirə edilib. Tramp görüşdən sonra Zelenski ilə telefon danışığı aparıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.