Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Trampın Azərbaycanla bağlı imzaladığı sənədin mətni
 
						Trampın Azərbaycanla bağlı imzaladığı sənədin mətni
Əlavə olunub: 08.15.2025 | 16:19 | Baxılıb: 3835
ABŞ Prezidenti Donald Trampın “Azadlığa Dəstək Aktı”nın Azərbaycanla bağlı 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasına dair memorandumunun mətni dərc olunub.

“love.az” xəbər verir ki, sözügedən sənəd ABŞ-nin “Federal Register” portalında dərc olunub.

Memeronduma əsasən, D.Tramp ABŞ Konstitusiyası və qanunları tərəfindən ona verilən səlahiyyətlər əsasında bir neçə cəhətə əsasən “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin fəaliyyətini ləğv edib.

Bunlar sırasında beynəlxalq terrorizmlə mübarizədə ABŞ-nin səylərini, eləcə də ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına dəstəyin zərurəti kimi cəhətlər yer alıb. 

Həmçinin bunun Azərbaycan sərhədlərinin təhlükəsizliyi üçün vacib olduğu, eləcə də Ermənistanla Azərbaycan arasında dinc nizamlanma üzrə cari səylərə mane olmadığı, Ermənistan əleyhinə istifadə olunmayacağı vurğulanıb.  

Bununla da, Tramp bu qərarla “Azadlığa dəstək Aktı”nın 907-ci düzəlişinin müddəlarının tətbiq edilməsindən imtinanı uzadıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.