Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.25.2025 | 02:33 | Baxılıb: 4341
“ABŞ Prezidenti Donald Trampın Ukraynanın Krımı çoxdan itirdiyi barədə sözləri Rusiyanın mövqeyi ilə tam uyğundur”.

“love.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Bu, bizim anlayışımızla və uzun müddətdir dediklərimizlə tam düz gəlir”, - deyə o bildirib.

Xatırladaq ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevin Krımı Rusiya ərazisi kimi tanımaq niyyətinin olmaması barədə bəyanatını kəskin tənqid edib.

ABŞ lideri hesab edir ki, Zelenskinin sözləri sülh danışıqlarına ciddi şəkildə zərər verir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.