Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.06.2025 | 20:08 | Baxılıb: 2094
Amerikalı reper Şon Kombs (P. Diddy) ABŞ Prezidenti Donald Trampın yaxın zamanda onu əfv edəcəyini bildirib.

“love.az” xəbər verir ki, bu barədə məlumatı “TMZ” yayıb.

Məlumata görə, hazırda insan alveri ilə bağlı ittiham üzrə cəza çəkən P. Diddy həbsxanadakı məhbus yoldaşlarına “bir neçə ay ərzində Prezident tərəfindən əfv olunacağını” söyləyib.

Reper həmçinin ətrafındakılara vəd verib ki, azadlığa çıxandan sonra da onlara maddi dəstək göstərəcək.

Xatırladaq ki, məhkəmənin hökmünə əsasən, Şon Kombs 4 il 2 ay azadlıqdan məhrum edilib və 500 min dollar məbləğində cərimə ödəməlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.