Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Trampla Putinin görüş saatı açıqlandı
 
						Trampla Putinin görüş saatı açıqlandı
Əlavə olunub: 08.14.2025 | 13:55 | Baxılıb: 4131
ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin sabahkı Alyaska görüşü Moskva vaxtı ilə saat 22:30-da (Bakı vaxtı ilə 23:30) baş tutacaq.

“love.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov məlumat verib.

Uşakovun sözlərinə görə, avqustun 15-i keçiriləcək sammitdə prezidentlərin əsas müzakirə mövzusu Ukrayna böhranının həlli məsələsi olacaq.

Prezidentin köməkçisi, həmçinin bildirib ki, Ukrayna məsələsi ilə yanaşı digər aktual mövzular və regional problemlərə də toxunulacaq.

Hazırda görüş üçün hazırlıqlar davam edir.

Fatimə Şahverdiyeva

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.