Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Trampla Putinin görüşü başa çatdı - Yenilənib + Video
 
						Trampla Putinin görüşü başa çatdı 
							 - Yenilənib + Video
Əlavə olunub: 08.16.2025 | 02:31 | Baxılıb: 11255
Rusiya Prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampla görüş üçün , RA-64531 xüsusi reysi ilə Maqadandan Alyaskaya  uçub.

“love.az” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin təyyarəsi avqustun 15-də yerli vaxtla saat 11:00-da Ankoric şəhərinə enəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki,  Putin Trampla görüşdə Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərinə qədər bir sıra məsələlər üzrə danışıqlar aparacaq. 

***

ABŞ Prezidenti Donald Trampın təyyarəsi artıq Alyaskaya eniş edib. ABŞ lideri Elmendorf-Riçardson hərbi bazasında rusiyalı həmkarının gəlişini gözləyir.

***

Artıq Rusiya lideri Vladimir Putinin də təyyarəsi ilkin görüş nöqtəsinə çatıb.

***
ABŞ lideri rusiyalı həmkarını Riçardson hərbi bazasında şəxsən qarşılayıb.

***

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.

***

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüş başa çatıb.

Görüş 2 saat 45 dəqiqə davam edib.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.