Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyə Çanaqqala boğazını bağladı
 
						Türkiyə Çanaqqala boğazını bağladı
Əlavə olunub: 08.08.2025 | 19:28 | Baxılıb: 3587
Türkiyə hökuməti yanğınlara görə Çanaqqala boğazını bağlayıb.

“love.az” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb. 

Məlumata görə, yanğınlardan biri Sarıcaeli kəndi yaxınlığında baş verib. Güclü külək nəticəsində alov qısa müddətdə geniş ərazini, o cümlədən kənd təsərrüfatı sahələrini əhatə edib.

Yanğından çıxan tüstü boğaza yayılıb. Bununla da gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.