Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.18.2025 | 13:17 | Baxılıb: 694
Türkiyə Milli Müdafiə Nazirliyi 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı “X” hesabında paylaşım edib.

“love.az” xəbər verir ki, paylaşımda deyilir:

“İki bədəndə bir can - Türkiyə və Azərbaycan!

Qardaş Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, Azərbaycan xalqını ürəkdən salamlayırıq.

Qardaşlarımızla “Bir millət, iki dövlət” anlayışı ilə həmişə bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

Həmçinin Türkiyə Xarici İşlər Nazirliyi də Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib: “Müttəfiqimiz, qardaş Azərbaycanın Müstəqilliyinin Bərpasının 34-cü ildönümü mübarək olsun!”

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.