Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədə yenidən zəlzələ oldu
 
						Türkiyədə yenidən zəlzələ oldu
Əlavə olunub: 08.14.2025 | 19:55 | Baxılıb: 3082
Türkiyənin Balıkesir şəhərində 4 bal gücündə zəlzələ baş verib.

“love.az” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Sındırğı rayonunda qeydə alınıb. Zəlzələnin dərinliyi 10.97 kilometr olub.

Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən həftə sözügedən şəhərdə 6.2 maqnitudalı dağıdıcı zəlzələ qeydə alınmışdı. Yeraltı təkanlar ətraf şəhərlərdə də hiss edilmişdi. Təbii fəlakət nəticəsində 1 nəfər həlak olmuşdu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.