Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədəki zəlzələdə 1 nəfər ölüb
 
						Türkiyədəki zəlzələdə 1 nəfər ölüb
Əlavə olunub: 08.11.2025 | 08:43 | Baxılıb: 935
Dünən Türkiyənin Balıkesir vilayətində baş verən güclü zəlzələ nəticəsində bir nəfər ölüb.

“love.az” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. 

Onun sözlərinə görə, dağıntılar altından çıxarılan 81 yaşlı bir kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bununla yanaşı, zəlzələ zamanı daha 29 nəfər xəsarət alıb. Hazırda 4 yaralının müalicəsi davam etdirilir.

Xatırladaq ki, avqustun 10-da Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.