Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyənin bu vilayətində 2 məhəllə quduzluq səbəbindən karantinə alındı
 
						Türkiyənin bu vilayətində 2 məhəllə quduzluq səbəbindən karantinə alındı
Əlavə olunub: 04.27.2024 | 00:53 | Baxılıb: 1538
Türkiyənin Hatay şəhərinin Defne rayonunda ölən sahibsiz itdə quduzluq aşkarlanıb.

“love.az” “TRT haber”ə istinadən xəbər verir ki, bundan sonra 2 məhəllə karantinə alınıb.

Verilən açıqlamada, aprelin 22-də Meydancık rayonunda sahibsiz itin mal-qaraya hücum etdiyi bildirilib.

Komandalar tərəfindən tutularaq müşahidə edilən və daha sonra ölən sahibsiz itdən götürülən nümunənin Adana Baytar Nəzarət İnstitutu Müdirliyinə göndərildiyi bildirilib.

Təhlillərin nəticələrinə görə, itdə quduzluq aşkar edildikdən sonra Meydancık və ona bitişik Güneysöyüt məhəllələri karantinə alınıb:

Açıqlamada vətəndaşlardan hər hansı bir mənfi halla qarşılaşdıqda ən yaxın sağlamlıq bölməsinə müraciət etmələri, polis və jandarma bölmələrinə məlumat vermələri istənilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.